Gülər Hüseynova Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
11.11.2026 - 16:56
Azərbaycan boksçusu Gülər Hüseynova (51 kq) Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında finala yüksəlib.
Apasport.az xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.
O, yarımfinalda Mehrin Xana (Kanada) 5:0 (30:26, 30:26, 30:26, 30:25, 30:27) hesabı ilə qalib gəlib.
Avropa çempionu finalda Qrenyellis Qarsiya (Venesuela) ilə gücünü yoxlayacaq.
Qeyd edək ki, döyüş noyabrın 12-də keçiriləcək.
0
0