Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirində yarımfinal mərhələsinin görüşləri keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin idmançısı Zidan Hümbətov (54 kq) finala gedən yolda Ali Muratla (Qazaxıstan) üz-üzə gəlib.
Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Hər 3 raundu xeyrinə bitirən Hümbətov rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, finalda Aldiyar Bahadurla (Qazaxıstan) döyüşəcək.
Digər boksçularımızdan Banuçiçək Nəsirli (48 kq), Özləm Həsənova (66 kq) və İlkanə Əhmədova (+81 kq) isə turniri bürünc medalla başa vurublar.
- Millimiz Avropa çempionatında 13 boksçu ilə mübarizə aparacaq
- İki boksçumuz Qazaxıstanda qızıl medal qazanıb
- Azərbaycan U-19 Avropa Çempionatında 10 boksçu ilə təmsil olunacaq
- Azərbaycanın boks millisi Türkmənistan idmançıları ilə birgə Bakıda hazırlığa başlayıb
- Azərbaycanlı idmançılar BƏƏ-də qızıl medal qazanıblar