Azərbaycan təmsilçiləri avqustun 3-də Bosniya və Herseqovinanın Banya Luka şəhərində start götürəcək məktəbli qız və oğlan boksçular arasında Avropa birinciliyində iştirak edəcəklər.
Apasport.az xəbər verir ki, yığma oğlanların yarışında Sahib Baxışlı (40 kq), Əli Abaslı (42 kq), Ramiz Ağadadaşov (44 kq), Oğuz İbrahimli (46 kq), Tunar Mehtiyev (48 kq), Yusif Həsənli (50 kq), İbrahim Bədəlli (52 kq), Adəm Aslanov (54 kq), Anzor İsrafilov (57 kq), Nurlan Müseyibli (60 kq), Şükar Əliyev (63 kq), Şahin Layıcov (66 kq), İsmayıl Məmmədov (70 kq), Mehran Rəsulov (75 kq), Yusif Ağakişiyev (80 kq) və Uğur Həsənovla (90 kq) təmsil olunacaq.
Qızların mübarizəsində Aysel Fərəcova (40 kq), Ayşən Miriyeva (42 kq), Saraxanım Səmədova (44 kq), Sima İsmayılova (46 kq), Cəmilə Muradlı (48 kq), Kəmalə Həsənova (51 kq), Səma Abbasova (60 kq) və Fidan Bəkərova (64 kq) rinqə çıxacaqlar.
8 gün davam edəcək turnirdə Qalib Əbiyev isə hakimlər sırasında yer alacaq.
- Millimiz Avropa çempionatında 13 boksçu ilə mübarizə aparacaq
- İki boksçumuz Qazaxıstanda qızıl medal qazanıb
- Azərbaycan U-19 Avropa Çempionatında 10 boksçu ilə təmsil olunacaq
- Azərbaycanın boks millisi Türkmənistan idmançıları ilə birgə Bakıda hazırlığa başlayıb
- Azərbaycanlı idmançılar BƏƏ-də qızıl medal qazanıblar