Boksçularımız beynəlxalq turnirdə 1 qızıl və 2 gümüş medal qazanıblar
16.03.2025 - 13:53
Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi yarışı 1 qızıl və 2 gümüş medalla başa vurub.
Boksçularımızdan Məhəmmədəli Qasımzadə (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda Kruzito Kovaçsu (Macarıstan) 4:1 (30:27, 28:29, 29:26, 29:28, 29:28) hesabı ilə məğlub edib.
Tural Sarıyevlə (50 kq) Əli Abdullayev (65 kq) isə gümüş medala sahib olublar.
- Millimiz Avropa çempionatında 13 boksçu ilə mübarizə aparacaq
- İki boksçumuz Qazaxıstanda qızıl medal qazanıb
- Azərbaycan U-19 Avropa Çempionatında 10 boksçu ilə təmsil olunacaq
- Azərbaycanın boks millisi Türkmənistan idmançıları ilə birgə Bakıda hazırlığa başlayıb
- Azərbaycanlı idmançılar BƏƏ-də qızıl medal qazanıblar
0
0