Azərbaycanın gənc boksçulardan ibarət millisi Monteneqronun Budva şəhərində keçiriləcək dünya birinciliyinə hazırlığı Özbəkistanda davam etdirəcək.
Apasport.az xəbər verir ki, bu barədə Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Komanda Daşkənd vilayətinin Yanqiabad şəhərində ev sahibləri, Ukrayna, Tacikistan və Belarus millisi ilə təşkil olunacaq məşqlərə 13 boksçu ilə yollanıb.
Məşqçilər korpusu hazırlığa Bilalhəbaşi Nəzərov (48 kq), Zidan Hümbətov (51 kq), Ömər Aslanlı (54 kq), Tağı Nəsibov (57 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Əli Abdullayev (63,5 kq), Ziya Həsənov (71 kq), Abbasqulu Şadlinski (75), Lalə Mədətova (48 kq), Cəmilə Sultanlı (50 kq), Aynur Mikayılova (57 kq), Qızbəs İsgəndər (60 kq) və Emili Rzayevanı (63 kq) cəlb edib.
Bu gün başlayacaq toplanış oktyabrın 17-də yekunlaşacaq.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 22-dən noyabrın 3-dək keçiriləcək.
- Millimiz Avropa çempionatında 13 boksçu ilə mübarizə aparacaq
- İki boksçumuz Qazaxıstanda qızıl medal qazanıb
- Azərbaycan U-19 Avropa Çempionatında 10 boksçu ilə təmsil olunacaq
- Azərbaycanın boks millisi Türkmənistan idmançıları ilə birgə Bakıda hazırlığa başlayıb
- Azərbaycanlı idmançılar BƏƏ-də qızıl medal qazanıblar