
Güləş üzrə olimpiya komandamızın yarısı bu gün Fransaya yollanıb.
Apasport.az xəbər verir ki, yunan-Roma güləşçilərimiz – Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq), eləcə də qadın güləşçimiz Mariya Stadnik (50 kq) Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Parisə yola düşüb.
Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən yolasalma mərasimində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, digər güləşçilərimiz və olimpiyaçıların yaxınları iştirak edib.
Avqustun 5-də Muradla Sabah, növbəti gün Sənan və Mariya, ayın 7-də isə Həsrətlə Rafiq mübarizəyə başlayacaq.
Qeyd edək ki, Olimpiadanın son günlərində çıxış edəcək sərbəst güləşçilərimiz avqustun 6-da Parisə yollanacaq.
- Azərbaycan Boks Federasiyası Dünya Boksuna üzv olub
- “Heydər Əliyev Kuboku-2025” turnirinə yekun vurulub
- “Heydər Əliyev kuboku-2025”: 17 boksumuz finalda mübarizə aparacaq
- “Heydər Əliyev kuboku-2025”: Yarımfinalçılar bəlli olub
- ABF ilə Özbəkistanın Boks Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb