Azərbaycan boksçuları Macarıstanın Eqer şəhərində gənclər arasında keçirilən beynəlxalq turniri 2 medalla başa vurublar.
Boks Federasiyasından apasport.az-a verilən məlumata görə, baş məşqçi Elbrus Rzayevin yetirmələrindən Abbasqulu Şadlinski (71 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, finalda Arpad Jambora 4:1 (30:27, 30:27, 29:28, 29:28, 28:29) hesabı ilə qalib gələrək, qızıl medala sahib olub.
Tağı Nəsibov (60 kq) isə həlledici görüşdə özbəkistanlı Abdulaziz Jurakulovla üz-üzə gəlib. Görüş rəqibin 4:1 (28:29, 29:28, 30:27, 30:27, 29:28) hesablı qələbəsi ilə başa çatdığından boksçumuz gümüş medala yiyələnib.
- "Adriatik incisi" beynəlxalq turniri: Azərbaycandan 9 boksçu yarışacaq
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Yeniyetmə boksçular arasında Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Ölkə çempionatında qız boksçuların yarışı başa çatıb
- Boksçumuz beynəlxalq turnirdə 1/4 finala vəsiqə qazanıb