
Azərbaycan millisinin daha iki boksçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmələr arasında Avropa birinciliyində ən azı bürünc medalı təmin edib.
Apasport.az xəbər verir ki, yarışın dördüncü günündə Aylin Nəzərova (48 kq) 1/4 finalda Atina Papanikolopu (Yunanıstan) ilə qarşılaşıb.
Döyüş boksçumuzun 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesablı qələbəsi ilə başa çatıb. O, yarımfinalda italiyalı Corciya La Rosa ilə üz-üzə gələcək.
Əminə Tağı (52 kq) da 1/4 final mərhələsini uğurla başa vurub. Milli üzvü Yuliana Tyurnikovaya (Moldova) 5:0 (30:27, 30:25, 30:27, 30:27, 30:26) hesabı ilə qalib gəlib. O, növbəti mübarizəsində rumıniyalı Mariya Semeniçiuçla qarşılaşacaq.
Hər iki boksçumuz yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc medalı təmin ediblər.
Qeyd edək ki, Avropa birinciliyində yarımfinal döyüşləri iyunun 28-də keçiriləcək.
- Azərbaycan boksçusu almaniyalı rəqibinə qalib gəlib
- Boksçularımız “Eurasian Dauria cup”da mübarizə aparacaqlar
- Azərbaycanın daha 2 boksçusu dünya çempionatında 1/8 finala vəsiqə qazanıb
- Boksçularımız Aktauda keçirilən beynəlxalq turnirdə 2 medal qazanıblar
- Sübhan Mamedov dünya çempionatında ilk görüşündə qələbə qazanıb