
Azərbaycanın 36 cüdoçusu (28 kişi, 8 qadın) Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə İspaniyanın Benidorm şəhərində keçirilən Olimpiya Təlim Düşərgəsinə cəlb olunub.
Apasport.az xəbər verir ki, cüdoçularımıza kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət millinin baş məşqçisi Amina Abdellatif və gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli rəhbərlik edir.
Təlim düşərgəsi 13-20 may tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək böyüklər arasında dünya çempionatına, həmçinin qarşıdan gələn digər beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.
Qeyd edək ki, 20-dən çox ölkənin iştirak etdiyi beynəlxalq təlim-məşq toplanışı mayın 23-də başa çatacaq.
- Şəkidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
- Yeniyetmələr arasında Bakı şəhər birinciliyi başa çatıb
- Bakı birinciliyində daha 6 çəki dərəcəsində medalçılar bəlli olub - FOTO
- Cüdoçularımız Perudakı Qran-prini 7 medalla başa vurublar
- Yeniyetmələr arasında Bakı şəhər birinciliyi start götürüb