Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən daha 24 klub və idman təşkilatına beş il müddətinə lisenziya təqdim edilib.
Apasport.az xəbər verir ki, qurumlar qaydalara uyğun şəkildə tələb olunan sənədləri təqdim edib və müəyyən olunmuş meyarlar əsasında seçiliblər.
Təqdimat mərasimində ACF-nin idman direktoru və baş katibin müavini Kamran Talıbov lisenziyalaşdırma prosesinin mahiyyəti, əhəmiyyəti, klub və idman təşkilatlarının üzərinə düşən öhdəliklər barədə məlumat verib. Həmçinin onların suallarını ətraflı cavablandırıb.
Qeyd edək ki, bundan əvvəl ACF tərəfindən 178 klub və idman təşkilatına lisenziya təqdim olunub.
- Xüsusi Olimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
- Polşaya 19 cüdoçu ilə yollanırıq
- Cüdo üzrə yeniyetmələr arasında "İstedadların seçimi" yarışının II turu keçiriləcək
- Cüdoçularımız Linz Qran-Prisini 4 medalla başa vurub
- “İstedadların seçimi” yarışının II turu başa çatıb