Avropa çempionatı: Daha iki cüdoçumuz tatamiyə çıxacaq
05.09.2025 - 11:25
Slovakiyanın paytaxtı Bratislavada keçirilən gənclər arasında Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, ikinci yarış günündə Azərbaycanın 2 cüdoçusu tatamiyə çıxacaq.
Qeyd edək ki, ilk yarış günündə Azərbaycan cüdoçularından Nihad Məmişov (60 kq) və Məhəmməd Musayev (66 kq) qızıl, Nizami İmranov (66 kq) bürünc medal qazanıb.
Avropa çempionatı
73 kq
Əbil Yusubov 1/16 finalda Georqios Kotsaxristosla (Yunanıstan) güləşəcək.
81 kq
Süleyman Şükürovun 1/16 final rəqibi Duşan Qraxovac (Sloveniya) olacaq.
- Hidayət Heydərov və Nizami İmranov Olimpiya Təlim Düşərgəsinə qatılıblar
- Bakıda BCF Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramına başlanılıb
- Azərbaycan cüdoçuları Almatıda təlim-məşq toplanışında iştirak edir
- Təmsilçilərimiz Avropa Kubokunu 7 medalla başa vurublar
- Təmsilçimiz Avropa Kubokunda üçüncü olub
0
0