
Yeniyetmələr arasında Avropa çempionatında iştirak edəcək milli komandamızın üzvləri ilə görüş keçirilib.
Apasport.az xəbər verir ki, görüşdə Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, icraçı vitse-prezident Rəşad Rəsullu, prezidentin müşaviri Natiq Bağırov və yığmaların məşqçi heyəti iştirak ediblər.
Federasiya rəhbərliyi idmançılara olan etimadını ifadə edərək, onlardan Avropa çempionatında uğurlu nəticələr gözlədiklərini vurğulayıb. Cüdoçulara həmçinin qarşıdakı yarışla bağlı tövsiyələr verilib.
Qeyd edək ki, cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı 26–29 iyun tarixlərində Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək. Qitə birinciliyində Azərbaycanı ümumilikdə 14 çəki dərəcəsində 19 idmançı (10 oğlan, 9 qız) fərdi mübarizədə təmsil edəcək. Ölkəmiz turnirin son günündə qarışıq komanda yarışında da mübarizə aparacaq.
- Cüdo məşqçiliyi üzrə sertifikat proqramı start götürüb
- Cüdo məşqçiliyi üzrə sertifikat proqramına start verilib - FOTO
- Rəşad Nəbiyev veteran cüdoçu Əhməddin Rəcəbli ilə görüşüb - FOTO
- Millimizin Qubada təlim-məşq toplanışı davam edir - FOTO
- Cüdoçularımız Şimali Makedoniyada beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb