Azərbaycan cüdoçuları dünya çempionatında daha 3 medal qazanıb
21.09.2026 - 22:15
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan təmsilçiləri daha 3 medal əldə ediblər.
Apasport.az xəbər verir ki, M3 yaş kateqoriyasında Şıxrəcəb Şıxmuradov və Əhməd Məmmədov (hər ikisi -73 kq), M4 kateqoriyasında isə Anar Ağayev (-90 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, yarışın ilk günündə Məmmədəli Mehdiyev (-100 kq) qızıl, Əbülfət İsmayılov (-60 kq), Mahir Abbasov (-81 kq) və Coşqun Abdullayev (-90 kq) bürünc medala sahib çıxıblar.
- Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb
- Region cüdoçuları üçün "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminar keçirilib
- Millimiz Bakıda keçirilən Avropa çempionatını ikinci başa vurub
- Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışına start verilib
- Bakıda cüdo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO
0
0