Azərbaycan millisi dünya çempionatında mübarizəni dayandırdı
20.06.2025 - 14:57

Azərbaycan millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan cüdo üzrə dünya çempionatında mübarizəni dayandırıb.
Apasport.az xəbər verir ki, komanda 1/8 finalda Almaniyaya məğlub olub - 1:4.
Bu görüşdə yeganə qələbəni Zelim Kotsoyev (90 kq) qazanıb. O, Erik Abramovu məğlub edib.
Qeyd edək ki, Azərbaycanı mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edib. Milli üzvlərindən Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıblar.
0
0