Azərbaycan millisi mövqeyini qorudu
29.07.2025 - 14:42
Azərbaycan Dünya Cüdo Turunun ümumi sıralamasında 9-cu yerdəki mövqeyini qoruyub.
Apasport.az xəbər verir ki, ilin əvvəlindən bəri idmançılarımız “Böyük Dəbilqə” seriyasına daxil olan turnirlərdə 4 qızıl, 4 gümüş və 5 bürünc medal qazanıblar.
Bu nəticə Cənubi Koreya, Almaniya, İtaliya, Macarıstan və bir çox digər ölkələri qabaqlamağa imkan verib.
Siyahıya Yaponiya liderlik edir (28 qızıl, 22 gümüş, 22 bürünc), ikinci yerdə IJF bayrağı altında çıxış edən cüdoçular (13-12-18), üçüncü pillədə isə Fransa (12-9-21) qərarlaşıb.
- Xüsusi Olimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
- Polşaya 19 cüdoçu ilə yollanırıq
- Cüdo üzrə yeniyetmələr arasında "İstedadların seçimi" yarışının II turu keçiriləcək
- Cüdoçularımız Linz Qran-Prisini 4 medalla başa vurub
- “İstedadların seçimi” yarışının II turu başa çatıb
0
0