Azərbaycan millisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən kadetlər arasında cüdo üzrə Avropa çempionatının ümumi hesabında ikincidir.
Apasport.az xəbər verir ki, komandamızın hesabında üç qızıl, bir gümüş və iki bürünc medal var.
Anar Quliyev (50 kq), Rəsul Əlizadə (55 kq) və Zeyd Ələsgərov (60 kq) çempion, Nərmin Ağamirzəzadə (48 kq) gümüş, Gülşən Hüseynova (44 kq) və Leyla Ələkbərova (48 kq) isə bürünc mükafatçı olublar.
Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında çıxış edən idmançılar (4-1-5) ümumi hesabda birinci, Türkiyə komandası (1-3-0) isə üçüncü yerdə qərarlaşıb.
- Xüsusi Olimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
- Polşaya 19 cüdoçu ilə yollanırıq
- Cüdo üzrə yeniyetmələr arasında "İstedadların seçimi" yarışının II turu keçiriləcək
- Cüdoçularımız Linz Qran-Prisini 4 medalla başa vurub
- “İstedadların seçimi” yarışının II turu başa çatıb