Azərbaycanın daha bir cüdoçusu Avropa çempionatında qızıl medal qazanıb
01.11.2025 - 22:12
Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Moldovanın paytaxtı Kişineuda keçirilən U-23 Avropa çempionatının qalibi olub.
Apasport.az xəbər verir ki, o, finalda Polşa təmsilçisi Yakub Sordili məğlub edərək qızıl medala sahib çıxıb.
Digər finalçımız Ömər Rəcəbli (81 kq) isə italiyalı Manuel Parlatiyə uduzaraq gümüş medalla kifayətlənib.
Təmsilçilərimizdən Vüqar Talıbov və Aslan Kotsoyev (hər ikisi 90 kq) isə üçüncü yer uğrunda görüşdə qarşılaşıblar. Rəqibini üstələyən Kotsoyev bürünc mükafata yiyələnib.
Qeyd edək ki,
- Gültac Məmmədəliyevadan bürünc medal
- Cüdoçularımız ilk günü 2 medalla başa vurdu
- Azərbaycanın yeniyetmə cüdoçuları Avropa çempionatına Şamaxıda hazırlaşır
- Qadın cüdoçularımız Avropa Açıq Turnirində medal uğrunda mübarizə aparacaq
- Azərbaycan cüdoçuları Avropa Kubokunun son günündə dörd medal qazanıblar
0
0