![Bakı Böyük Dəbilqəsinin ikinci günündə dörd cüdoçumuz final mərhələsində](https://apasport.az/storage/news/2025/february/15/big/67b08a25e4a0d67b08a25e4a0e173962294967b08a25e49fa67b08a25e4a0b.jpg)
Fevralın 15-də Milli Gimnastika Arenasında keçirilən Bakı Böyük Dəbilqə turnirinin ikinci yarış günündə kişilər arasında -73 kq və -81 kq çəki dərəcələrində 4 cüdoçumuz həlledici görüşlərə çıxacaq.
Apasport.az xəbər verir ki, 73 kq çəkidə Rəşid Məmmədəliyev dünya ikincisi olan yaponiyalı cüdoçu Tatsuki İşihara ilə finalda üz-üzə gələcək.
Eyni çəkidə mübarizə aparan Vüsal Qələndərzadə isə bürünc medal uğrunda gənclər arasında dünya çempionu digər Yaponiya idmançısı Ryuqa Tanaka ilə mübarizə aparacaq.
81 kq çəkidə Zelim Tçkayev qızıl medal uğrunda Kanadanı təmsil edən Fransua Qotye Drapö ilə qarşılaşacaq. Bu çəkidə digər cüdoçumuz Ömər Rəcəbli isə üçüncü yer üçün bəhreynli Askerbyi Qerbekovla tatamiyə çıxacaq.
Final qarşılaşmaları saat 17:00-da başlayacaq. Yarış İdman TV kanalı vasitəsilə canlı yayımlanacaq.