İyulun 5-də Bakıda cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəz Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil ediləcək.
Apasport.az xəbər verir ki, imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır. Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq.
İmtahana hazırlaşmaq üçün fəndlər cədvəli, videolar və yaş qrupları üzrə cədvəllə judo.az saytından tanış olmaq mümkündür.
İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.
Qeyd edək ki, kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.
- Xüsusi Olimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
- Polşaya 19 cüdoçu ilə yollanırıq
- Cüdo üzrə yeniyetmələr arasında "İstedadların seçimi" yarışının II turu keçiriləcək
- Cüdoçularımız Linz Qran-Prisini 4 medalla başa vurub
- “İstedadların seçimi” yarışının II turu başa çatıb