Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında fərdi mübarizələrin son günündə bayraq təslimetmə mərasimi baş tutub.
Apasport.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının (IJF) bayrağı təntənəli surətdə 2026-cı ildə dünya çempionatına ev sahibliyi edəcək Azərbaycana təqdim olunub.
Bayrağı Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli qəbul edib. Mərasimə Avropa Cüdo Birliyinin prezidenti Laslo Tot, Beynəlxalq Cüdo Federasiyasının baş katibi Liza Allan və digər rəsmilər qatılıblar.
Cüdo üzrə dünya çempionatı Bakıda gələn il iyulun 9-16-da keçiriləcək. Paytaxtımız bu mötəbər turnirə ikinci dəfə ev sahibliyi edəcək. Azərbaycanda cüdo üzrə dünya çempionatı ilk dəfə 2018-ci ildə baş tutmuşdu.
- Cüdoçularımızın Daşkənd Qran-Prisindəki rəqibləri bəlli olub
- Abşeronda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
- U-17 yeniyetmələr arasında "İstedadların seçimi" yarışının II turu keçiriləcək
- Azərbaycan cüdo yığması Linzdəki Qran-Pri turnirində 7 idmançı ilə təmsil olunacaq
- Bakıda cüdo üzrə Liqa yarışının I turu keçiriləcək