"Böyük Dəbilqə": Daha iki cüdoçumuz mübarizəyə başlayacaq
03.05.2025 - 09:48
"Böyük Dəbilqə": Daha iki cüdoçumuz mübarizəyə başlayacaq

Bu gün Tacikistanın paytaxtı Düşənbədə keçirilən Böyük Dəbilqə turnirinin ikinci günündə daha 2 cüdoçumuz tatamiyə çıxacaq.

Apasport.az xəbər verir ki, 73 kq mübarizə aparan Vüsal Qələndərzadə 1/8 finalda Yunlonq Qou (Çin) / Anqsarbek Qaynullin (Qazaxıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

81 kq çəkidə çıxış edən Süleyman Şükürov isə 1/8 finalda Monqolustan təmsilçisi Batsuqar Qansux ilə qarşılaşacaq.

Qeyd edək ki, yarış bu gün Bakı vaxtilə saat 11:00-da başlayacaq.