“Böyük Dəbilqə”yə hazırlıq çərçivəsində hakimlər üçün seminar təşkil olunub
13.02.2025 - 23:24
Bakıda keçiriləcək cüdo üzrə "Böyük Dəbilqə" turnirinə hazırlıq çərçivəsində hakimlər üçün seminar təşkil olunub.
Apasport.az xəbər verir ki, təlim Beynəlxalq Cüdo Federasiyasının (BCF) hakimlər üzrə baş direktoru Daniel Laskau tərəfindən aparılıb.
Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev üç gün davam edəcək turnirdə ədalət təmsilçiləri arasında yer alacaq.
Qeyd edək ki, "Böyük Dəbilqə" turniri 14-16-da keçiriləcək.
- Cüdoçularımız ilin son təlim-məşq toplanışını Şamaxıda keçirlər
- ACF məşqçilər üçün seminar və imtahan təşkil edib
- Cüdo üzrə ölkə birinciliyinə start verilib - FOTO
- 14 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək
- Cüdo üzrəAzərbaycan birinciliyi başa çatıb – komanda yarışlarının qalibləri müəyyənləşib
0
0