İyunun 11-də Azərbaycan Cüdo Federasiyasının (ACF) Hakimlər Komitəsinin təşkilatçılığı ilə Milli Komandaların Təlim-Məşq Mərkəzində cüdo hakimləri üçün növbəti praktiki seminar təşkil olunub.
Apasport.az xəbər verir ki, seminar çərçivəsində son yarışlarda yol verilmiş hakimlik səhvləri təhlil olunub, eyni zamanda 14–19 iyun tarixlərində keçiriləcək turnirlərə hakimlərin hazırlıq səviyyəsi qiymətləndirilib.
ACF prezidentinin müşaviri Natiq Bağırov və federasiyanın hakimlər üzrə meneceri, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Mətin Rəhimlinin rəhbərliyi ilə təşkil olunan seminarın məqsədi hakimlərin nəzəri və praktiki biliklərinin möhkəmləndirilməsi, qarşıdakı yarışlarda isə daha peşəkar çıxışlarının təmin edilməsidir.
Qeyd edək ki, seminarda əsas hakim heyəti ilə yanaşı, ACF tərəfindən seçilərək təlim prosesinə cəlb olunmuş hakimliyə namizədlər də iştirak ediblər.
- Bakıda dünya çempionatı üçün xüsusi videoçarx – Cüdo ulduzları bir araya gəldi
- Cüdoçularımız Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
- Məhəmməd Musayev 2 qat Avropa çempionu oldu
- Cüdoçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli oldu
- Azərbaycanı Avropa çempionatında 14 cüdoçu təmsil edəcək