Azərbaycanın gənclərdən ibarət cüdo komandası Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa kubokuna uğurlu start veriblər.
Apasport.az xəbər verir ki, təmsilçilərimiz ilk gündə iki qızıl, bir gümüş və bürünc medal qazanıblar.
Yarışın ilk günündə tatami üzərinə Nihad Məmişov, Fərid Qarayev (hər ikisi 60 kq), Məhəmməd Musayev, Nizami İmranov (hər ikisi 66 kq) və Abil Yusubov (73 kq) çıxıblar.
Nihad finalda digər Azərbaycan cüdoçusu Fəridə qalib gəlib. Komandamızın heyətindı digər qızılı Abil qazanıb. Bürünc mükafata isə Məhəmməd Musayev layiq görülüb.
Qeyd edək ki, Avropa kubokuna sabah yekun vurulacaq.
- Xüsusi Olimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
- Polşaya 19 cüdoçu ilə yollanırıq
- Cüdo üzrə yeniyetmələr arasında "İstedadların seçimi" yarışının II turu keçiriləcək
- Cüdoçularımız Linz Qran-Prisini 4 medalla başa vurub
- “İstedadların seçimi” yarışının II turu başa çatıb