Azərbaycan cüdoçuları yanvarın 31-dən fevralın 1-dək Belçikada beynəlxalq açıq turnirdə iştirak edəcəklər.
Apasport.az xəbər verir ki, yığma yarışda ümumilikdə 14 çəki dərəcəsində 31 cüdoçu (17 kişi, 14 qadın) ilə təmsil olunacaq.
Cüdoçularımıza kişilərdən ibarət milli komandanın böyük məşqçisi Slavko Tekiç, gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və gənc qızlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edəcək.
Qeyd edək ki, kişilərin mübarizəsi Vise, qadınların yarışı isə Herstal şəhərlərində baş tutacaq.
Yarışda iştirak edəcək heyəti təqdim edirik:
Kişilər
60 kq
Babarəhim Mirzəyev
Murad Muradlı
Murad Əliyev
Fərid Qarayev
66 kq
Hüseyn Allahyarov
Yaşar Nəcəfov
Tofiq Məmmədov
73 kq
Kamran Süleymanov
Əbil Yusubov
81 kq
Cəsur İbadlı
Mehdi Abbasov
90 kq
Əli Qazıməmmədov
Zelim Tçkayev
100 kq
Davud Namazlı
Nihad Şıxəlizadə
+100 kq
Ramazan Əhmədov
Camal Feyziyev
Qadınlar
48 kq
Şəfəq Həmidova
Diana Tçkayeva
52 kq
Könül Əliyeva
Çinarə Sadıqova
Aydan Vəliyeva
Gültac Məmmədəliyeva
Leyla Əliyeva
57 kq
Ülviyyə Bayramova
63 kq
Fidan Əlizadə
Nərgiz Hacıyeva
70 kq
Aytac Qardaşxanlı
Südabə Ağayeva
78 kq
Nərmin Əmirli
+78 kq
Madina Kaisinova