
Azərbaycan cüdoçuları Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının ilk gününü medalsız başa vurublar.
Apasport.az xəbər verir ki, bu gün yarışa qoşulan yığmanın üç üzvü mükafatçılar sırasına düşə bilməyib.
Əhməd Yusifov (60 kiloqram) və Könül Əliyeva (48 kiloqram) ilk görüşlərində uduzaraq turnirlə vidalaşıblar.
Leyla Əliyeva (48 kiloqram) isə bir mərhələ keçə bilib. O, türkmənistanlı Kurbanay Kurbanovaya qalib gəlsə də, 1/16 finalda ispaniyalı Laura Martineslə bacarmayıb.
Qeyd edək ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Yığma, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.
- Bakı Avropa Cüdo Ümidləri Turnirinin açılış mərasimi keçirilib - FOTO
- Bakıda Avropa Cüdo Ümidləri Turniri start götürüb
- Cüdo üzrə millimiz EYOF-un çempionu olub - FOTO
- Millimiz Almaniyada keçirilən beynəlxalq yarışı bir medalla başa vurub
- Bakıda Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə beynəlxalq təlim sessiyalarına start verilib