Beynəlxalq Cüdo Federasiyasının (BCF) təqviminə əsasən, 11–13 oktyabr tarixlərində Perunun paytaxtı Limada Qran-Pri turniri keçiriləcək.
Apasport.az xəbər verir ki, Azərbaycan bu yarışda kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçi Elxan Məmmədov və qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatifin başçılığı altında 9 çəki dərəcəsində 17 cüdoçu (14 kişi, 3 qadın) ilə təmsil olunacaq.
Kişilərin yarışında Turan Bayramov və Əhməd Yusifov (60 kq), Ruslan Paşayev və Rəşad Yelkiyev (66 kq), Hidayət Heydərov və Rəşid Məmmədəliyev (73 kq), Vüsal Qələndərzadə və Ömər Rəcəbli (81 kq), Vüqar Talıbov və Murad Fətiyev (90 kq), Zelim Kotsoyev və Əjdər Bağırov (100 kq), həmçinin Uşanqi Kokauri və Kənan Nəsibov (+100 kq) tatami üzərinə çıxacaqlar.
Qadın cüdoçular arasında isə Könül Əliyeva (48 kq), eləcə də Xədicə Qədəşova və Aydan Vəliyeva (52 kq) mübarizə aparacaqlar.
Qeyd edək ki, üç gün davam edəcək turnirdə 49 ölkədən 293 idmançı (172 kişi, 121 qadın) iştirak edəcək.
- Cüdoçunun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək
- Bakıda dünya çempionatı üçün xüsusi videoçarx – Cüdo ulduzları bir araya gəldi
- Cüdoçularımız Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
- Məhəmməd Musayev 2 qat Avropa çempionu oldu
- Cüdoçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli oldu