Polşanın Krakov şəhərində keçirilən cüdo üzrə beynəlxalq turnirdə yeniyetmə oğlanlardan ibarət yığmamız uğurla çıxış edib.
Apasport.az xəbər verir ki, U-18 yaş kateqoriyasında mübarizə aparan cüdoçularımız 3 qızıl, 2 gümüş və 2 bürünc olmaqla – ümumilikdə 7 medal əldə ediblər.
Əli Abdullayev (-60 kq), Hüseyn Şıxəliyev (-66 kq) və Ömər Atayev (-81 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıblar.
Dünyamalı Asdanlı (-66 kq) və Ruslan Kazımov (+90 kq) gümüş, Rəvan Məmmədli (-55 kq) və Əli Cəfərov (-66 kq) isə bürünc medala layiq görülüblər.
Qeyd edək ki, 23 ölkə təmsilçisinin mübarizə apardığı beynəlxalq yarışda U-16 və böyüklər kateqoriyalarında da mükafatçılar müəyyənləşəcək.
- Cüdoçunun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək
- Bakıda dünya çempionatı üçün xüsusi videoçarx – Cüdo ulduzları bir araya gəldi
- Cüdoçularımız Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
- Məhəmməd Musayev 2 qat Avropa çempionu oldu
- Cüdoçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli oldu