Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə cüdo üzrə Milli Komandaların Təlim-Məşq Mərkəzində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.
Apasport.az xəbər verir ki, imtahanda 161 cüdoçu müvafiq yaş uyğunluğuna əsasən, ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə imtahan verib.
İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.
Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, eləcə də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.
- Cüdo üzrə Qarabağ və Şərqi Zəngəzur bölgəsi üzrə region birincilikləri keçiriləcək
- Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçumuz çıxış edəcək
- Naxçıvanda cüdo üzrə region birincilikləri keçiriləcək
- Cüdo: Naxçıvanda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
- Cüdo üzrə veteranlar arasında Azərbaycan çempionatı keçirilib