Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı start götürüb.
Apasport.az xəbər verir ki, ilk yarış günündə milli komandamızın bir üzvü fəxri kürsüyə qalxıb.
-50 kq çəki dərəcəsində mübarizə aparan Anar Quliyev ilk görüşdə Ermənistan cüdoçusu Narek Davtyana ipponla qalib gələrək 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə Arman Mıssaya (Qazaxıstan) məğlub olan cüdoçumuz təsəlliverici görüşdə Omer Mor Barakdan (İsrail) güclü olub. Avropa çempionumuz üçüncü yer uğrunda qarşılaşmada yerli idmançı Tsvetelin Martinovu məğlub edərək bürünc medala yiyələnib.
Qeyd edək ki, dünya çempionatında Azərbaycan 10 çəki dərəcəsində 15 cüdoçu ilə təmsil olunur.

- Gültac Məmmədəliyevadan bürünc medal
- Cüdoçularımız ilk günü 2 medalla başa vurdu
- Azərbaycanın yeniyetmə cüdoçuları Avropa çempionatına Şamaxıda hazırlaşır
- Qadın cüdoçularımız Avropa Açıq Turnirində medal uğrunda mübarizə aparacaq
- Azərbaycan cüdoçuları Avropa Kubokunun son günündə dörd medal qazanıblar