Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) cüdo yarışlarında Azərbaycan milli komandası aktivinə daha bir medal yazdırıb.
Apasport.az xəbər verir ki, 73 kq çəki dərəcəsində qüvvəsini sınayan Məhəmməd Ağakişiyev üçüncü yer uğrunda görüşdə Aleksandr Aleynikova (Belarus Olimpiya Komitəsi) qızıl xalla qalib gələrək bürünc medala yiyələnib.
Qeyd edək ki, EYOF-2025-də daha əvvəl cüdoçularımızdan Gülşən Hüseynova (-44 kq), Rza Xəlilli (-50 kq), Rəsul Əlizadə (-55 kq) qızıl, Nuranə Hacızadə (-48 kq), Zeyd Ələsgərov (-60 kq) gümüş və Aysun Məmmədova (-52 kq) bürünc medal qazanıb.
3 qızıl, 2 gümüş və 2 bürünc olmaqla 7 medala malik Azərbaycan millisi ümumi komanda hesabında liderliyini qoruyur.
- Xüsusi Olimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
- Polşaya 19 cüdoçu ilə yollanırıq
- Cüdo üzrə yeniyetmələr arasında "İstedadların seçimi" yarışının II turu keçiriləcək
- Cüdoçularımız Linz Qran-Prisini 4 medalla başa vurub
- “İstedadların seçimi” yarışının II turu başa çatıb