DÇ: Gültac Məmmədəliyeva üçün bürünc şansı - YENİLƏNİR
05.10.2026 - 13:48
DÇ: Gültac Məmmədəliyeva üçün bürünc şansı - YENİLƏNİR

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında Azərbaycan millisinin üzvləri mübarizəyə başlayıb.

Apasport.az xəbər verir ki, 52 kq çəki dərəcəsində döşək üzərinə çıxan Gültac Məmmədəliyeva 1/16 finalda İsrail təmsilçisi Gefen Primo ilə üz-üzə gəlib.

Görüş idmançımızın qələbəsi ilə yekunlaşıb. O, 1/8 finalda avstraliyalı Tinka İstonla qarşılaşıb. Təmsilçimiz bu görüşdə də qalib gəlib və adını 1/4 finala yazdırıb.

idmançı bu mərhələdə italiyalı Odette Qıuffrida ilə qarşılaşıb və məğlub olub.

Buna baxmayaraq G.Məmmədəliyevanın medal qazanmaq şansı qalır. O, təsəlliverici görüşdə qalib gələrsə, bürünc medal uğrunda yarışmaq hüququ qazanacaq.