
Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının fərdi yarışında bu gün Azərbaycanın daha bir cüdoçusu mübarizəyə qoşulub.
Apasport.az xəbər verir ki, olimpiya çempionu Zelim Kotsoyev (100 kq) tatami üzərinə çıxıb.
O, 1/16 finalda Cennaro Pirelli ilə (İtaliya) qarşılaşıb.
Təmsilçimiz rəqibini ipponla məğlub edərək 1/8 final mərhələsinə adlayıb.
Qeyd edək ki, Azərbaycanı mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.
Cüdoçularımızdan Zelim Tçkayev (81 kq) və Elcan Hacıyev (90 kq) bürünc medal qazanıb.