DÇ: Zelim Tçkayev finalda - YENİLƏNİR
07.10.2026 - 15:26
DÇ: Zelim Tçkayev finalda - YENİLƏNİR

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, kişilərin 81 kq çəki dərəcəsində mübarizə aparan Zelim Tçkayev yarışa 1/16 finaldan başlayıb.

O, ilk görüşündə Moldova təmsilçisi Viktor Sterpu ilə üz-üzə gəlib. Rəqibini məğlub edən cüdoçumuz adını 1/8 finala yazdırıb.

Tçkayev bu mərhələdə Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Nuqzari Tatalaşvili ilə qarşılaşıb. Rəqibinə qalib gələn Azərbaycan təmsilçisi 1/4 finala vəsiqə qazanıb.

Cüdoçumuz yarımfinala gedən yolda belçikalı Mattias Kasse ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn Tçkayev adını yarımfinala yazdırıb.

Azərbaycan təmsilçisi finala gedən yolda qazaxıstanlı Abilayxan Zubanazarı da məğlub edib. Bununla da Zelim Tçkayev dünya çempionatının həlledici görüşünə vəsiqə qazanıb.