Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Gəncə İdman Sarayında kəmər dərəcələri üzrə daha bir rəsmi imtahan keçirilib.
Apasport.az xəbər verir ki, ötən gün olduğu kimi imtahanda 120 cüdoçu yaş uyğunluğuna əsasən ağ-sarı, sarı, narıncı, yaşıl və göy kəmər dərəcələri üzrə bacarıqlarını nümayiş etdirib.
İmtahanı uğurla başa vuran idmançılara müvafiq kəmər və sertifikatlar təqdim olunub.
Kəmər imtahanları cüdoçuların texnikaları daha sistemli və hərtərəfli mənimsəməsinə, eyni zamanda motivasiyalarının artmasına xidmət edir. Bununla yanaşı, bu mərhələ gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün vacib şərtlərdən biri hesab olunur.
Qeyd edək ki, ötən gün də Gəncə İdman Sarayında kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.
- Cüdo üzrə Liqa yarışının I turuna start verilib
- 15 cüdoçumuz Avropa çempionatında çıxış edəcək
- Gənc cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçirilib
- "Gələcəyin ümidləri" təlim proqramına seçilən cüdoçularla görüş təşkil edilib
- Avropa çempionatına qatılacaq Azərbaycan cüdoçuları ilə görüş keçirilib