İslam Oyunları: Hidayət Heydərov 1/4 finalda
08.11.2025 - 13:08
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları üzrə cüdo yarışları davam edir.
Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, 73 kq çəki dərəcəsində döyüşən Olimpiya çempionumuz Hidayət Heydərov döşək üzərinə çıxıb.
Təmsilçimiz 1/8 final mərhələsində Hüseyn Aden-Aleksandr (Cibuti) ilə üz-üzə gəlib. Görüş idmançımızın qələbəsi ilə başa çatıb.
Digər təmsilçimiz Gültac Məmmədəliyeva (52 kq) isə ilk görüşdə türkiyəli Buketnur Karabuluta məğlub olub.
Qeyd edək ki, İslamiadanın bağlanış mərasimi noyabrın 21-də olacaq
- Gültac Məmmədəliyevadan bürünc medal
- Cüdoçularımız ilk günü 2 medalla başa vurdu
- Azərbaycanın yeniyetmə cüdoçuları Avropa çempionatına Şamaxıda hazırlaşır
- Qadın cüdoçularımız Avropa Açıq Turnirində medal uğrunda mübarizə aparacaq
- Azərbaycan cüdoçuları Avropa Kubokunun son günündə dörd medal qazanıblar
0
0