Kənan Nəsibov bürünc medal qazanıb - YENİLƏNİB
10.10.2026 - 18:46
Kənan Nəsibov bürünc medal qazanıb - YENİLƏNİB

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, Kənan Nəsibov yarışa 1/16 final mərhələsindən başlayıb.

+100 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz ilk görüşündə Almaniya təmsilçisi Losseni Koneyə qalib gələrək 1/8 finala yüksəlib.

Nəsibov bu mərhələdə Ukrayna təmsilçisi Yakiv Xammonu da məğlub edərək 1/4 finala vəsiqə qazanıb.

O, bu mərhələdə millimizin digər üzvü Uşangi Kokauri ilə üz-üzə gəlib. Rəqibinə məğlub olan Kənan bürünc medal uğrunda təsəlliverici görüşdə iştirak hüququ qazanıb.

Nəsibov təsəlliverici görüşdə rusiyalı Valeri Yendovitskiyə qalib gələrək bürünc medal uğrunda həlledici qarşılaşmaya vəsiqə qazanıb. 

O, üçüncü yer uğrunda görüşdə Azərbaycanın digər təmsilçisi Camal Qamzatxanovu məğlub edib.