Naxçıvanda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
31.10.2025 - 15:52
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Naxçıvan Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.
Apasport.az xəbər verir ki, imtahanda Naxçıvan Muxtar Respublikasının 115 cüdoçusu müvafiq yaş uyğunluğuna əsasən, ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə imtahan verib.
İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.
Qeyd edək ki, rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir.
- 20 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi başa çatıb
- Cüdoçular üçün anti-dopinq mövzusunda maarifləndirici seminar keçirilib - FOTO
- Cüdoçular arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
- Bakıda cüdo üzrə Azərbaycan birinciliyi keçiriləcək
- Cüdo üzrə Azərbaycan çempionatı yekunlaşıb
0
0