
Azərbaycanın cüdo üzrə Olimpiya çempionları Elnur Məmmədli, Hidayət Heydərov və Zelim Kotsoyevin Qarabağa səfəri başlayıb.
Apasport.az xəbər verir ki, səfər zamanı ilk olaraq Xankəndidə yerləşən Qarabağ Universiteti ziyarət olunub.
Çempionlara bu ali təhsil ocağının yaranma tarixi və fəaliyyəti barədə məlumat verilib. Daha sonra idmançılar Xankəndi stadionuna baş çəkərək, görülən tikinti işlərinə şahidlik ediblər.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan proqram çərçivəsində Olimpiya çempionlarımızın Şuşa, Laçın və Füzuliyə də səfərləri və yerli sakinlərlə görüşləri planlaşdırılıb.
- Cüdoçularımız Qran-prini 9 medalla başa vurublar
- Azərbaycan cüdoçuları Qran-pridə 2 qızıl, 1 bürünc medal qazanıblar
- Yeniyetmələr arasında Aran-Mil-Muğan bölgəsi üzrə region birinciliyi keçirilib
- Cüdoçularımızdan Qvadalaxara Qran-Prisinin ilk günündə 3 medal
- Cüdo üzrə Bakı birinciliyinə yekun vurulub - FOTO