Qusarda peşəkar inkişaf proqramı çərçivəsində Azərbaycan Cüdo Federasiyasının rəqəmsal marketinq üzrə aparıcı mütəxəssisi Elvin Əhmədin təqdimatında “Sosial media və marketinq” mövzusunda təlim keçirilib.
Apasport.az xəbər verir ki, sessiya zamanı məşqçilər və klubların sosial şəbəkələrdə özlərini necə təqdim etməli olduqları müzakirə edilib.
Müsbət və mənfi nümunələr təhlil olunub, sosial medianın düzgün istifadəsi ilə yeni idmançıların cəlb edilməsi, ictimai etimadın formalaşdırılması, valideynlərlə effektiv ünsiyyətin qurulması və klubun brend kimi inkişaf etdirilməsi yolları izah olunub.
Qeyd edək ki, peşəkar inkişaf proqramına şimal və cənub bölgələrindən ümumilikdə 35 məşqçi qatılıb.
- Gültac Məmmədəliyevadan bürünc medal
- Cüdoçularımız ilk günü 2 medalla başa vurdu
- Azərbaycanın yeniyetmə cüdoçuları Avropa çempionatına Şamaxıda hazırlaşır
- Qadın cüdoçularımız Avropa Açıq Turnirində medal uğrunda mübarizə aparacaq
- Azərbaycan cüdoçuları Avropa Kubokunun son günündə dörd medal qazanıblar