Südabə Ağayeva İslamiadanın yarımfinalında
09.11.2025 - 13:30
Südabə Ağayeva İslamiadanın yarımfinalında

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları üzrə cüdo yarışları davam edir.

Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, 70 kq çəki dərəcəsində döyüşən Südabə Ağayeva döşək üzərinə çıxıb.

Təmsilçimiz 1/4 final mərhələsində Səudiyyə Ərəbistanı idmançısı Fay Əl-Slbudla qarşılaşıb. İdmançımız bu görüşdə rəqibinə qalib gələrək adını yarımfinal mərhələsinə yazdırıb.

Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.