Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
03.11.2025 - 23:56
Sumqayıt Olimpiya İdman Kompleksində 20 yaşadək gənc cüdoçular arasında Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi keçiriləcək.
Apasport.az xəbər verir ki, turnirdə Abşeron, Xızı və Sumqayıt cüdoçuları mübarizə aparacaqlar.
Yarışın keçirilməsində məqsəd kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.
Qeyd edək ki, birincilik noyabrın 5-də keçiriləcək.

- Gültac Məmmədəliyevadan bürünc medal
- Cüdoçularımız ilk günü 2 medalla başa vurdu
- Azərbaycanın yeniyetmə cüdoçuları Avropa çempionatına Şamaxıda hazırlaşır
- Qadın cüdoçularımız Avropa Açıq Turnirində medal uğrunda mübarizə aparacaq
- Azərbaycan cüdoçuları Avropa Kubokunun son günündə dörd medal qazanıblar
0
0