Təmsilçilərimiz Avropa Kubokunun ilk günündə 3 medal qazanıb
03.05.2025 - 23:52

Türkiyənin İstanbul şəhərində gənclər arasında Avropa Kubokuna start verilib.
Apasport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan cüdoçuları 3 medal qazanıblar.
66 kq çəki dərəcəsində tatamiyə çıxan Nizami İmranov bütün rəqiblərindən üstün olaraq qızıl medalı boynundan asıb. O, finalda özbəkistanlı Dilşodbek Hamroyevə qalib gəlib.
60 kq çəkidə isə iki idmançımız üçüncü yeri tutub. Nihad Məmişov və Fərid Qarayev yarımfinalda uduzsalar da, bürünc qazanmaq şanslarını qaçırmayıblar.
Qeyd edək ki, ölkəmiz turnirdə 38 cüdoçu ilə təmsil olunur.
- Qubada cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokunun açılış mərasimi keçirilib
- Qubada Avropa Kuboku start götürüb
- "Böyük Dəbilqə": Daha iki cüdoçumuz mübarizəyə başlayacaq
- Qubada keçiriləcək Avropa Kubokunun püşkatma mərasimi baş tutub
- “Böyük Dəbilqə”: Ağayev qızıl medal qazandı, Nəcəfov 5-ci oldu
0
0