U-14 Liqa yarışının tarixi bəlli oldu
16.04.2025 - 16:02
Bu həftəsonu U-14 yeniyetmələr arasında cüdo üzrə Liqa yarışı start götürəcək.
Apasport.az xəbər verir ki, qələbə uğrunda 100 klub və idman cəmiyyətindən ümumilikdə 549 cüdoçu (453 oğlan, 96 qız) 18 çəki dərəcəsində mübarizə aparacaq.
Cari ildə U-14 Liqa yarışının dörd turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq cədvəli formalaşacaq.
Qeyd edək ki, yarışın 1-ci turu aprelin 19-20-də Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək.
- Cüdoçularımız Qran-prini 9 medalla başa vurublar
- Azərbaycan cüdoçuları Qran-pridə 2 qızıl, 1 bürünc medal qazanıblar
- Yeniyetmələr arasında Aran-Mil-Muğan bölgəsi üzrə region birinciliyi keçirilib
- Cüdoçularımızdan Qvadalaxara Qran-Prisinin ilk günündə 3 medal
- Cüdo üzrə Bakı birinciliyinə yekun vurulub - FOTO
0
0