Yeniyetmə cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşib - FOTO
25.10.2025 - 15:57
Yeniyetmə cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşib - FOTO

Sumqayıt Olimpiya İdman Kompleksində U-17 yeniyetmələr arasında Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi start götürüb.

Apasport.az xəbər verir ki, iki gün davam edəcək turnirə Abşeron, Xızı və Sumqayıtdan 217 cüdoçu qatılıb.

İlk yarış günündə 8 çəki dərəcəsində mükafatçılar bəlli olub. 

Yarışın keçirilməsində məqsəd yeniyetmə cüdoçu bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir. Həmçinin, U-17 üzrə regional birincilik milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandırır.

İlk günün medalçılarını təqdim edirik:

Oğlanlar 

-50 kq
1. Nihad Ağayev (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
2. Naqif Tarverdiyev (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
3. Hüseyn Məmmədov (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
3. Rəvan Abuşzadə (Neftçi Sumqayıt)

-60 kq
1. Əli Əlizadə (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
2. Ömər Səmədov (Abşeron OİK)
3. Muhəmməd Talıbov (ACF)
3. Ayxan Əlizadə (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)

-73 kq
1. Xəyal Sərkərov (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
2. Seymur Muradov (Neftçi Sumqayıt)
3. Aydın Musayev (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
3. İsaməddin Tanrıverdiyev (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)

-90 kq
1. Raul İmanov (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
2. Urfan Əliyev (RKİM)
3. Əyyub Muradzadə (Uğur İK Sumqayıt)
3. Akif Xəlilov (Corat İK Sumqayıt) 

Qızlar 

-40 kq
1. Ləman Niftəliyeva (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
2. Zəhra İsmayılova (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
3. Aydan Cəfərli (Qara Bəbir Sumqayıt)

-48 kq
1. Mədinə Hüseynova (Saray İK)
2. Fatimə Fərmanzadə (RKİM)
3. Nigar Əliyeva (ACF)
3. Zəhra Quliyeva (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)

-57 kq
1. Səma Vəlizadə (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
2. Lalə Yadigarlı (Neftçi Sumqayıt)
3. Xədicə Allahverdiyeva (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
3. Milena Hüseynli (Sumqayıt şəhəri İOEUGİM)

-70 kq 
1. Sümeyya Nuriyeva (Sumqayıt şəhəri İOEUGİM)