Yeniyetmələr arasında Avropa Kuboku Qubada keçiriləcək
07.03.2025 - 10:11
Yeniyetmələr arasında Avropa Kuboku Qubada keçiriləcək

Azərbaycan üçüncü dəfə yeniyetmə cüdoçular arasında Avropa Kubokuna ev sahibliyi edəcək.

Apasport.az Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətinə istinadən xəbər verir ki, Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqviminə daxil olan yarış mayın 3-4-də Quba Olimpiya İdman Kompleksində baş tutacaq.

ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu ölkəmizin cüdo üzrə beynəlxalq turnirlərin keçirilməsində böyük təcrübə əldə etdiyini bildirib:

“Artıq ənənə halını almış yeniyetmələrin Avropa Kuboku bu dəfə fərqli regionda – Qubada baş tutacaq. Daha əvvəllər ölkəmizdə analoji turnir iki dəfə Göygöldə keçirilib. Sözügedən yarışların təşkilində əsas məqsəd yeniyetmə idmançılarımızın beynəlxalq yarış təcrübəsini artırmaqla bərabər cüdonun ölkəmizin müxtəlif regionlarında kütləviləşdirilməsinə nail olmaqdır".

Qeyd edək ki, turnirdən sonra 5-7 may tarixlərində Qubada yeniyetmə cüdoçuların beynəlxalq təlim-məşq toplanışı baş tutacaq.