Cüdo üzrə U-17 yeniyetmələr arasında Bakı şəhər birinciliyi başa çatıb.
Apasport.az xəbər verir ki, son yarış günündə daha 5 çəki dərəcəsində medalçıların adına aydınlıq gəlib.
Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirdə ümumilikdə paytaxtın 61 klub və idman cəmiyyətindən 587 idmançı (485 oğlan, 102 qız) qüvvəsini sınayıb.
Yarışın keçirilməsində məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir. U-17 Bakı birinciliyi həmçinin milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandırıb.
- Gültac Məmmədəliyevadan bürünc medal
- Cüdoçularımız ilk günü 2 medalla başa vurdu
- Azərbaycanın yeniyetmə cüdoçuları Avropa çempionatına Şamaxıda hazırlaşır
- Qadın cüdoçularımız Avropa Açıq Turnirində medal uğrunda mübarizə aparacaq
- Azərbaycan cüdoçuları Avropa Kubokunun son günündə dörd medal qazanıblar