
Böyüklərdən ibarət Azərbaycan milli komandası Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçiriləcək Avropa çempionatına hazırlıqlarını davam etdirir.
Apasport.az xəbər verir ki, milli komandaların təlim-məşq mərkəzində təşkil edilən toplanışda İtaliya millisinin üzvləri və Qazaxıstan cüdoçuları iştirak edirlər.
İtaliya yığmasının heyətində dünya çempionatının ikiqat gümüş mükafatçısı, Avropa çempionu Manuel Lombardo, dünya ikincisi Kristian Parlati, Böyük Dəbilqə turnirlərinin mükafatçıları Covanni və Antonio Espositolar da yer alıb.
Cüdoçularımız hazırlığın növbəti mərhələsini aprelin 7-dən 12-dək Macarıstanın Tata şəhərində Olimpiya Təlim Düşərgəsində davam etdirəcək.
Qeyd edək ki, Avropa çempionatı 23-27 aprel tarixlərində Monteneqroda keçiriləcək. Yarışda ölkəmizi 9 kişi və 7 qadın cüdoçu təmsil edəcək.
- Cüdo üzrə Liqa yarışının III turu başa çatıb - FOTO
- Dünya çempionatı: Azərbaycan cüdoçuları üçüncü günü medalsız başa vurublar
- FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş cüdo çempionatına yekun vurulub - FOTO
- Bakıda cüdo üzrə Liqa yarışının III turu start götürüb - FOTO
- İdmançımız dünya üçüncüsü olub