Yığmamızın heyəti bəlli oldu
01.05.2025 - 16:14
Yığmamızın heyəti bəlli oldu

Mayın 3-də Türkiyənin İstanbul şəhərində gənclər arasında Avropa Kuboku keçiriləcək.

Apasport.az xəbər verir ki, 2 gün davam edəcək yarışda Azərbaycan millisi 13 çəki dərəcəsində 38 cüdoçu (28 oğlan, 10 qız) ilə təmsil olunacaq.

Məşqçilər korpusu Avropa Kubokunda Nihad Məmişov, Fərid Qarayev, Mirxaliq İskəndərov, Ayxan Mirzəzadə, Məhəmməd Məmişov (hamısı 60 kq), Məhəmməd Musayev, Nizami İmranov, Nicat Süleymanlı, Sadiq İskəndərli, Nicat Nağıyev, Umud Qurbanov (hamısı 66 kq), Mehdi Cəfərov, Əbil Yusubov, Fəqan Məmmədli, Nihad Yəhyayev, Səid Rzayev, Tariyel Şıxəliyev (hamısı 73 kq), Cəsur İbadlı, Nahid Tarquliyev, Roman Qarayev, Mehdi Abbasov (hamısı 81 kq), Canpolad Əliyev, Aslan Kotsoyev, Xəyyam Əliyev, (hər üçü 90 kq), Vidad Əliyev, Hüseyn Eyvazlı (hər ikisi 100 kq), Ramazan Əhmədov, Rauf Yadigarlı (hər ikisi +100 kq), Fəridə Mirzəyeva (48 kq), Xədicə Qədəşova, Çinarə Sadıqova (hər ikisi 52 kq), Fidan Qasımova, Gülnarə Bayramova, Aytən Verdiyeva (hər ikisi 57 kq), Nilgün Rzayeva, Leyla Atayeva (hər ikisi 63 kq), Pərvanə Abdullayeva (70 kq) və Nigar Süleymanovaya (+78 kq) şans verəcək.

Qeyd edək ki, turnirdə 30 ölkədən 529 idmançı (355 oğlan, 174 qız) iştirak edəcək.