"Bu mənim beynəlxalq yarışlarda beşinci sınağım olacaq. Buna qədər Samorində və Qubada keçirilən Avropa kuboklarında qızıl, Tbilisidə bürünc medal qazanmışam".
Apasport.az xəbər verir ki, bunu Şimali Makedoniya və Xorvatiyada keçiriləcək XVIII Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək Azərbaycan cüdoçusu Zeyd Ələsgərov (60 kq) deyib.
O, iki həftə öncə qazandığı Avropa çempionatındakı uğurunu Avropa Gənclər Yay Olimpiya Festivalında da təkrarlamağı hədəfləyir: “Avropa çempionatının ab-havasını hiss etdim. Düşünürəm ki, bir ay sonra yenidən həmin məkanda - eyni mühitdə ikinci dəfə tatami üzərinə çıxmaq mənim üçün daha rahat olacaq. Bu amil çıxışıma müsbət təsir göstərə bilər. Hazırlıqlarımız yüksək səviyyədə davam edir. İnanıram ki, EYOF-da da çıxışım uğurlu alınacaq”.
Qeyd edək ki, festivalın cüdo yarışları Şimali Makedoniyanın Skopye şəhərində yerləşən Yan Sandanski İdman Mərkəzinin qapalı zalında təşkil olunacaq. Azərbaycan komandası yarışda 10 idman növündə 52 idmançı (28 oğlan, 24 qız) ilə mübarizə aparacaq.
- Xüsusi Olimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
- Polşaya 19 cüdoçu ilə yollanırıq
- Cüdo üzrə yeniyetmələr arasında "İstedadların seçimi" yarışının II turu keçiriləcək
- Cüdoçularımız Linz Qran-Prisini 4 medalla başa vurub
- “İstedadların seçimi” yarışının II turu başa çatıb